[b]Viktor Mendi daha “Qəbələ”nin futbolçusu deyil[/b]
26.05.2015 - 16:10
[b]Viktor Mendi daha “Qəbələ”nin futbolçusu deyil[/b]

Avropa Liqasında çıxış edəcək “Qəbələ” klubu bəzi futbolçularla yolları ayırmağa qərar verib. Apasport.az saytının məlumatına görə, artıq bir oyunçu vətəninə yola salınıb.

 

“Qəbələ”nin əsas heyət üzvlərindən sayılan Viktor Mendi komandadan göndərilib. “Qırmızı-qaralar” müqaviləsinin müddəti başa çatan hücumçu ilə yeni sözləşmə imzalamayıblar. Nəticədə seneqallı forvard ölkə çempionatının sonuncu turunda “Bakı” ilə keçiriləcək oyuna qalmayaraq, indidən düşərgəni tərk edib.

 

Qeyd edək ki, Mendi ilə vidalaşan “Qəbələ” bu vaxta qədər 4 futbolçu – Andrey Popoviç, Samir Zərgərov, Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyovla münasibətləri rəsmiləşdirib. 

0