[b]"Sevilya" ikinci dəfə Avroliqanın qalibi oldu - YENİLƏNİB[/b]
28.05.2015 - 00:39
[b]"Sevilya" ikinci dəfə Avroliqanın qalibi oldu - YENİLƏNİB[/b]

Avropa Liqasında 2014/15 mövsümünün final qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, Polşanın paytaxtı Varşavada baş tutmuş matçda Ukraynanın “Dnepr” və İspaniyanın “Sevilya” klubları üz-üzə gəlib.

 

İlk dəfə avrokubokların finalına yüksələn Dnepropetrovsk təmsilçisinin bundan artığına gücü çatmayıb. “Dnepr”in “Dinamo” və “Şaxtyor”un ardından avrokubok sahibi olan 3-cü Ukrayna klubu olmaq xəyalları baş tutmayıb.

 

“Sevilya” isə kuboku başı üzərinə qaldıraraq tarixə düşüb. İspaniya təmsilçisi yarışın qalibi adını 4 dəfə qazanan ilk klub olub. İtaliya təmsilçiləri “Yuventus” və “İnter”, həmçinin İngiltərə “Liverpul”unu qabaqlayan "andalusiyalılar" həmçinin son iki çempionluğu ardıcıl qazanıblar.

 

 

Final

27 may

 

“Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya) - 2:3

Qol: Kaliniç, 6, Rotan, 44 - Krikovyak, 28, Bakka, 31, 73

 

Baş hakim: Martin Atkinson (İngiltərə)

Varşava (Polşa). Milli stadionu

 

“Dnepr”: Boyko, Duqlas, Fedetskiy, Kankava, Leo Matos, Çeberyaçko, Fedorçuk, Rotan (k), Konoplyanka, Matheus, Kaliniç

“Sevilya”: Riko, Tremoulinas, Daniel Karrisu, Kolodzeyçak, Krıxovyak, Baneqa, Vitolo, Aleks Vidal, Mbia, Bakka, Reyes (k)

 

0