[b]Ermənistan Bakıda medal qazanacaq idmançılarına veriləcək mükafatın məbləği açıqladı [/b]
27.05.2015 - 08:37
[b]Ermənistan Bakıda medal qazanacaq idmançılarına veriləcək mükafatın məbləği açıqladı  [/b]

Ermənistan Milli Olimpiya Komitəsi Avropa Oyunlarına gələcək idmançıların adlarını və onlar üçün təyin edilən mükafatın məbləğini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun prezidenti Qaqik Tsarukyan Azərbaycanda təşkil olunacaq yarışda uğur qazanacaq idmançılara böyük mükafat vəd edib.

 

Bunu komitənin baş katibi Qraçya Rostomyan açıqlayıb. Onun sözlərinə görə, Avropa Oyunlarının çempionu olacaq idmançı 50 min dollar qazanacaq. İkinci yerin sahibinə 30, bürünc mükafatçıya 20 min dollar veriləcək.

 

Ermənistan millisinin tam heyəti:

 

Sambo: Tiqran Kirakosyan (52 kq), Aşot Danielyan (82 kq), Sose Balasanyan (52 kq)

 

Cüdo: Oqanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq), Janna Stankeviç (52 kq)

 

Boks: Artyom Aleksanyan (49 kq), Narek Abqaryan (52 kq), Aram Avakyan (56 kq), Samvel Barqesyan (60 kq), Oqanes Baçkov (64 kq), Nikol Arutyunyan (81 kq)

 

Atıcılıq: Qraçya Babayan, Norayr Arakelyan

 

Taekvondo: Arman Yeremyan (80 kq)

 

Güləş: Roman Amoyan (55 kq), Miqran Arutyunyan (66 kq), Karapet Çalyan (75 kq), Maksim Manukyanın (85 kq, hamısı yunan-Roma), Qarik Barseqyan (57 kq), Volodya Franqulyan (61 kq), David Səfəryan (66 kq), Qriqor Qriqoryan (74 kq), Musa Murtazaliyev (86 kq), Levan Berianidze (125 kq, sərbəst)

 

0