[b]“Azərbaycan yığması elə komandadı ki..." -[/b] norveçli futbolçu
27.05.2015 - 08:45
[b]“Azərbaycan yığması elə komandadı ki..." -[/b] norveçli futbolçu

“Avro-2016-nın pley-off mərhələsində oynamaq istəyiriksə, Azərbaycanı mütləq məğlub etməliyik”. Apasport.az saytının məlumatına görə, bunu Norveç millisinin sabiq yarımmüdafiəçisi Daniel Fredheym Holm deyib.

 

Norveç mətbuatına açıqlama verən 30 yaşlı futbolçu millimizə qarşı iyunun 12-də keçirəcəkləri seçmə mərhələ oyununu dəyərləndirib. O bildirib ki, Norveç millisi doğma meydanında xal itirməməlidi: “Yığmamızın iyunun 8-də İsveçə qarşı keçirəcəyi oyun bizə prestijdən başqa heç nə vermir. Bu, 4 gün sonrakı görüş üçün yaxşı təcrübə olmalıdı. Azərbaycan elə komandadı ki, onları Ullevaalda məğlub etməyə borcluyuq. Bakıda bu rəqibə qalib gəlmişik. Qrup üçüncülüyünü təmin etmək istəyiriksə, başqa yolumuz yoxdu. Qrupda ilk iki yeri tutacaq komandalar, demək olar ki, bəllidi. Bizim final mərhələsinə gedən yolumuz pley-offdan keçir”.

 

Qeyd edək ki, “Valerenqa”da çıxış edən Daniel Holm sonuncu dəfə 2008-ci ildə Norveç millisinə çağırılıb.

0