[b]Almaniya klubu millimizin üzvünü istəmir[/b]
27.05.2015 - 08:51
[b]Almaniya klubu millimizin üzvünü istəmir[/b]

Azərbaycan yığmasının üzvü Dmitri Nazarov “Karlsrue” klubu ilə vidalaşa bilər. Apasport.az saytının Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi onun mövqeyinə başqa futbolçu transfer etməyi düşünür.

 

“Karlsrue”nin “Heydenheym” klubunun yarımmüdafiəçisi Markus Piosseklə maraqlandığı bildirilir. İki ildi ki, bu futbolçunu transfer etmək arzusunda olan Karlsrue təmsilçisi keçidin baş tutması üçün Nazarovu qarşı tərəfə verməyə hazırdı.

 

Düzdü, “Heydenheym” rəhbərliyi Piosseklə vidalaşmaq fikrində deyil. Klub rəsmilərindən olan Karsten Qokel 25 yaşlı futbolçuya görə heç bir klubdan rəsmi təklif almadıqlarını bəyan edib: “Ona görə bizə təklif gəlməyib. Piossek növbəti mövsümdə də komandanın əsas fiqurlarından biri olacaq”.

 

O həmçinin bildirib ki, maraqlandıqları futbolçuların siyahısında Dmitri Nazarovun adı yoxdu.

 

İstənilən halda, “Heydenheym”ə keçəsi olmasa belə, Dmitri Nazarovun yayda “Karlsrue”ni tərk etmək variantı yüksək dəyərləndirilir. 

0