[b]Topaz Premyer Liqasında son tur: Möcüzə olacaqmı?[/b]
27.05.2015 - 09:54
[b]Topaz Premyer Liqasında son tur: Möcüzə olacaqmı?[/b]

Sabah Topaz Premyer Liqasında 2014/15 mövsümünə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, 293 günlük yarış XXXVI turun qarşılaşmaları ilə başa çatacaq.

 

Turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək. Lakin planlaşdırılan 4 görüşdən birinin baş tutmayacağı gözlənilir. Məsələ ondadı ki, ciddi maliyyə problemləri yaşayan “Simurq” son turda meydana çıxmaq istəmir. Buna zaqatalalıların “Xəzər Lənkəran”la səfər oyununa getməklə bağlı ciddi çətinliklə üzləşməsidi.

 

Əgər qarşılaşma baş tutsa, hər iki komanda indiki mövqeyini qorumağa çalışacaq. Belə ki, “Simurq” 5-ci, “Xəzər Lənkəran” isə 7-ci pillədə qalmaq üçün mübarizə aparır.

 

Mövsümün son oyun günü daha çox bürünc mükafatçının adına aydınlıq gəlməsi baxımından əhəmiyyət kəsb edir. “Qarabağ” və “İnter”in ardından ilk “üçlüy”ə düşməyə əsas namizəd “Qəbələ”di.

 

Öz meydanında “Bakı”nı sınağa çəkəcək “qırmızı-qaralar” bürünc mükafata yiyələnmək üçün 1 xal qazanmalıdı. Autsayderə uduzmasa, 3-cü olacaq “Qəbələ” ardıcıl 2-ci dəfə mövsümü mükafatla bitirəcək.

 

Eyni əyarlı medala nəzəri şansları qalan “Neftçi” isə daha çox möcüzəyə ümid edir. “Qəbələ”nin öz meydanında autsayderə uduzmasını gözləyən bakılılar AZAL üzərində böyük hesablı qələbə qazanmalıdı.

 

Turun formal xarakter daşıyan daha bir matçında “İnter”lə “Sumqayıt” qarşılaşacaq. Legionerlərini yola salan “bankirlər” gümüş medalı rəsmiləşdirdikdən sonra ilk qarşılaşmasında əsasən yerli və gənclərlə çıxacaq.

 

Qeyd edək ki, mövsümün son turunda ölkə çempionu titulunu qazanan “Qarabağ” iştirak etməyəcək.

 

XXXVI tur

 

28 may (cümə axşamı)

 

19:00. “Sumqayıt” – “İnter”

İlk 3 dövrdəki oyunlar: 1:5, 0:0, 0:0
“Kapital Bank”

 

20:00. “Neftçi” – AZAL
İlk 3 dövrdəki oyunlar:
4:0, 1:2, 1:0
“Bakcell Arena”

 

20:00. “Qəbələ” – “Bakı”
İlk 3 dövrdəki oyunlar:
2:0, 1:1, 2:0
Qəbələ şəhər stadionu

 

21:00. “Xəzər Lənkəran”– “Simurq”
İlk 3 dövrdəki oyunlar:
0:2, 2:1, 0:2
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

32

20

8

4

51-28

68

2

İnter

31

17

12

2

54-17

63

3

Qəbələ

31

14

9

8

43-35

55

4

Neftçi

 31

 13

 9

 9

37-32

48

5

Simurq  

31

11

5

15

41-39

38

6

AZAL 

31

10

8

13

36-41

38

7

Xəzər L 

31

8

7

16

35-47

31

8

Sumqayıt

31

6

10

15

29-42

28

9

Bakı

31

3

8

20

19-65

17

 

Bombardir: Nurlan Novruzov (“Bakı”) – 15.

0