[b]Həbs olunan FİFA rəsmilərinin sayı 9-a çatdı [/b]
27.05.2015 - 13:37
[b]Həbs olunan FİFA rəsmilərinin sayı 9-a çatdı [/b]

FİFA-nın bir neçə yüksək vəzifəli əməkdaşı polis tərəfindən saxlanılıb. Apasport.az saytının məlumatına görə, ABŞ məhkəməsinin araşdırmasına əsasən, 10-dan çox rəsmi şəxs rüşvətxorluqda təqsirləndirilib.

 

Bu gün səhər İsveçrədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) bir sıra rəhbərləri polis tərəfindən saxlanılıb. Apasport.az saytının məlumatına görə, FİFA İcraiyyə Komitəsinin (İK) vitse-prezidentləri – Ceffri Uebb və Euhenio Figeredo, eləcə də İK üzvü Cek Uorner Sürix şəhərində qaldıqları oteldə polis tərəfindən nəzarətə götürülüblər.

 

Onlar FİFA-nın illik toplantısında iştirak etmək üçün İsveçrədə imiş. Mayın 29-da keçiriləcək toplantıda indiki prezident Yozef Blatterin növbəti dəfə prezident seçiləcəyi gözlənilir.

 

Ümumən 10 FİFA məmurunun həbsinə sanksiya verilib. Lakin onların bəziləri İsveçrədə deyil. Bu şəxslər bəzi ölkələrə dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi, marketinq və yayım anlaşmaları zamanı korrupsiyaya yol verməkdə ittiham edilir. İttihamlar arasında reket, çirkli pulların yuyulması, dələduzluq da var.

 

Xatırladaq ki, FİFA rəhbərliyinin 2018-ci və 2020-ci il il dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Qətərə verərkən külli miqdarda rüşvət aldığı haqda, Avropa mediasında dəfələrlə müxtəlif iddialar səsləndirilib. 

 

Saxlanılanların ABŞ-a ekstradisiya olunacaqları bildirilir. 

 

İsveçrə FİFA-nın bir sıra yüksək rütbəli əməkdaşlarının korrupsiya ittihamı ilə həbs edilməsini istəyib. Təhqiqat nəticəsində korrupsiyada günahlandırılan FİFA rəsmilərinin siyahısı ABŞ-a təqdim olunacaq.

 

FİFA rəsmilərinin yığıncaq üçün gəldiyi Sürixdə qaldıqları otelə basqın edən İsveçrə polislərinin həbs etdiyi 10-dan çox şəxs arasında  kosta rikalı Eduardo Linin də olduğu deyilir.

 

 

ABŞ-ın tələbi ilə İsveçrədə korrupsiya ittihamı əsasında həbs olunan FİFA nümayəndələrinin sayı 9-a çatıb. Həbs olunan şəxslər aşağıdakılardır: Vitse-prezidentlər Ceffri Uebb və Euhenio Figeredo, FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Cek Uorner, Eduardo Li, Xulio Roça, Kostas Takkas, Rafael Eskevel, Xose Mariya Marin və Nikolas Leos.

 

Bundan başqa, FİFA-da idman marketinqi üzrə menecer Alexandro Burzako, Aaron Devidson və Mariano Cinkis, eləcə də qanunsuz sövdələşmələrdə vasitəçi olduğu bildirilən Xose Marqulisə qarşı da ittiham irəli sürülüb. İttiham olunanların arasında FİFA prezidenti Yozef Blatterin adı yoxdu.  

 

Qeyd edək ki, iş üzrə istintaq ABŞ-da aparılır. Cinayət işi barədə ABŞ-ın baş prokuroru Loretta Linç, Federal Təhqiqatlar Bürosunun (FBİ) rəhbəri Ceyms Komi və ABŞ Vergi Xidmətinin kriminal şöbəsinin rəhbəri Riçard Ueber tərəfindən Bruklində (Nyu-York) keçiriləcək mətbuat konfransında rəsmi açıqlama veriləcək. ABŞ xüsusi xidmət orqanlarının onillər boyunca FİFA-dakı rüşvətxorluq və korrupsiya ilə bağlı təhqiqat apardıqları və FİFA-nın amerikalı üzvü Çarlz Bleyzerin istintaqla əməkdaşlığa razı olmasından sonra konkret sübutlar əldə etdikləri və hərəkətə keçdikləri bildirilir.   

 

lanların sırasında FİFA-nın vitse-prezidentləri Ceffri Uebb və Euxenio Fiqeredo da var. Tez bir zamanda onların cəzaları açıqlanacaq və təqsirkar bilinən şəxslər ABŞ-a ekstradisiya olunacaqlar.

 

FİFA rəsmiləri dünya çempionatlarının keçirilməsi, sifariş ərizələrinin qəbul olunması və televiziya kanalları ilə bağlanılan müqavilələrdə fırıldaqçılıqda ittiham olunurlar. Bu işlərə ali futbol qurumunun prezidenti Yozef Blatterin başçılıq etdiyi bildirilir.

 

Qeyd edək ki, mayın 29-da FİFA-nın prezident seçkiləri keçiriləcək. 

0