[b]Emil Balayevin rəqibi “Ayntraxt”dan ayrıldı[/b]
27.05.2015 - 12:21
[b]Emil Balayevin rəqibi “Ayntraxt”dan ayrıldı[/b]

Milli komandamızın qapıçısı Emil Balayevin şərəfini qoyuduğu “Ayntraxt” klubunda ilk ayrılıq gerçəkləşib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Frankfurt klubu ikinci qolkiperi Feliks Vidvaldla yollarını rəsmən ayırıb.

 

Təcrübəli qapıçı Bundesliqanın digər təmsilçisi “Verder”lə anlaşıb. Vidvald Bremen klubu ilə 2 illik müqavilə imzalayıb. “Verder” onunla yanaşı, “Qrasshoppers”in müdafiəçisi Ulisses Qarsiyanı da transfer edib.

 

Qeyd edək ki, “Ayntraxt” yay fasiləsində qapı xəttinə oyunçu almasa, gələn mövsüm komandanın ikinci qolkiperi Emil Balayev olacaq. Frankfurtluların “bir nömrəsi” isə Kevin Trappdı.

0