“Real”ın futbolçusu “Yuventus”da!
27.05.2015 - 15:35
“Real”ın futbolçusu “Yuventus”da!

“Yuventus” mövsüm başa çatmamış ilk transferini gerçəkləşdirib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Turin klubu “Real”ın yarımmüdafiəçisi Sami Xediranı heyətinə qatıb.

 

28 yaşlı oyunçunun “kral klubu” ilə müqavilə müddəti başa çatdığından, bu keçid italyanlara pulsuz başa gəlib. Almaniya millisinin üzvü A seriyasının çempionu ilə 4 illik müqavilə imzalayıb. Onun yeni komandasında illik məvacibi 4 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, Sami Xedira “Real”a 2010-cu ildə “Ştutqart”dan keçmişdi. 

0