Bakı-2015: Xorvatiya ilə yeni müqavilə
27.05.2015 - 16:07
Bakı-2015: Xorvatiya ilə yeni müqavilə

Bu gün Bakı-2015 Avropa Oyunları Xorvatiya ilə yayım müqaviləsi imzalayıb. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, iyunun 12-28-də baş tutacaq Oyunlar bu ölkədə 2011-ci ildə Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən, ilk TV kanalı olan və pulsuz yayımlanan “Sportska Televizija”da (SPTV) hər gün 10 saat ərzində yayımlanacaq.

 

SPTV kanalı, həmçinin də açılış və bağlanış mərasimlərini nümayiş etdirəcək. “Sportska Televizija” Xorvatiya idmançılarının iştirakının təşviqat səciyyəli materiallar vasitəsilə geniş surətdə işıqlandırılmasını da təmin edəcək.

 

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Avropa Oyunları həddindən çox vacib olduğundan qitə və dünya tamaşaçılarının yarışları izləyə bilməsini təmin etmək üçün işləri davam etdirirlər: “SPTV kanalı ilə bağlanmış bu saziş sayəsində Xorvatiya auditoriyası öz idmançılarını dəstəkləməklə, Oyunlarda qiyabi olaraq iştirak edə biləcəklər”.

  

Kanalının baş redaktoru Yura Ozmekin sözlərinə görə, Avropa Oyunları SPTV-yə mükəmməl dərəcədə uyğun gəlir: “Bakıda 20 idman növü üzrə yarışlar keçirilir və onların əksəriyyəti Xorvatiya tamaşaçılarının böyük marağına səbəb olur. Biz bu idman növlərinin 18 növü üzrə təmsil olunacaq və ümidvarıq ki, medala iddia edən ölkələr arasında olacağıq. Biz Xorvatiyaya bu idman bayramını bəxş etməkdə tamamilə qətiyyətliyik və 12 iyunda baş tutacaq açılış mərasimini səbirsizliklə gözləyirik. BAOƏK ilə tərəfdaşlıq etməkdən məmnun qaldıq və bir yerdə Avropa və Xorvatiya idmanında yeni bir səhifə açacağıq”.

 

0