[b]Xaqani Məmmədov: Şərt deyil ki, vida oyunu son turda baş tutsun[/b]
27.05.2015 - 16:11
[b]Xaqani Məmmədov: Şərt deyil ki, vida oyunu son turda baş tutsun[/b]

“Vüsal Əliyev karyerasını bitirməsi ilə bağlı bizə heç nə deməyib. Biz onun hakimliyə davam etməsini istəyirik. Amma qərarı özü verməlidi”. Bu sözləri apasport.az saytına açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

 

Karyerasını bitirməyə qərar verən Əliyev ötən tur olduğu kimi, son tura da təyinat almayıb. Bu mənada, onun vida görüşü keçirmək imkanı ancaq ölkə kubokunun finalına qalır. Lakin Məmmədov həmin görüşə hansı hakimin təyinat alacağını hələ müəyyənləşdirmədiklərini bildirib.

 

O qeyd edib ki, Əliyev, həqiqətən də, karyerasını bitirəcəksə, onun üçün gələn mövsüm də vida görüşü keçirilə bilər: “Yenə deyirəm, hər şey Vüsalın özündən asılıdı. Bizə karyerasını bitirdiyini bildirsə, təbii ki, ona vida oyunu keçirəcəyik. Şərt deyil ki, vida oyunu son turda baş tutsun. Bunu növbəti mövsümün əvvəlində də həyata keçirə bilərik”.

 

 

0