[b]"Kəpəz"də Müşahidə Şurası yaradıldı[/b]: Diniyevin təyinatı rəsmiləşdi
27.05.2015 - 16:54
[b]"Kəpəz"də Müşahidə Şurası yaradıldı[/b]: Diniyevin təyinatı rəsmiləşdi

Bu gün "Kəpəz" Peşəkar Futbol Klubunda yeni yaradılan Müşahidə Şurasının ilk iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən yaradılan şuranın tərkibi təsdiqlənib.

 

"Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev Müşahidə Şurasının sədri seçilib.

 

Onunla yanaşı, Şurada futbol veteranı Müzəffər Qasımov, Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev, "DET-AL Alüminium" MMC-nin baş direktoru Sərxan Babayev, "Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri Namiq Məmmədov və Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov da yer alıb.

 

İclasda klubun sabiq prezidenti Mehman Allahverdiyev klubun icraçı direktoru təyin olunub. AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin baş məşqçi postuna təyinatı təsdiqlənib.

 

Yekunda “Kəpəz”in yeni strukturunun layihəsinin hazırlanması qərara alınıb.

0