[b]“Qəbələ” ukraynalı futbolçunu saxlayır[/b]
27.05.2015 - 17:07
[b]“Qəbələ” ukraynalı futbolçunu saxlayır[/b]

“Qəbələ” qış fasiləsində heyətinə cəlb etdiyi futbolçulardan biri ilə bağlı yekun qərara gəlib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” ukraynalı yarımmüdafiəçi Aleksey Qaya yeni müqavilə təklif edib.

 

Bu barədə təcrübəli futbolçu özü məlumat verib. O bildirib ki, bununla bağlı ilkin danışıqları müsbət nəticələnib: “Qışda bağladığım 6 aylıq müqavilənin müddəti bitir. Anlaşmanı uzatmaqla bağlı artıq ümumi razılıq var. Yəqin ki, yaxın günlərdə hər şey aydınlaşar”.

 

Qısa müddətdə “Qəbələ”nin liderlərindən birinə çevrilən Qay komandasının Avropa Liqasındakı hədəfindən də bəhs edib: “Əsas vəzifəmiz imkan daxilində çox irəliləmək olacaq. Hər bir futbolçunun işə ciddi yanaşması sayəsində istəyimizə çata bilərik. İnsanın potensialı sonadək açılmayıb. Maksimum gücümüzü qoysaq, Avrokubokda məqsədimizə çata biləcəyik”. (“Qəbələ İK” qəzeti)

0