Son 3 mövsümdə “Rabitə” klubunun şərəfini qoruyan Aurea Kruz özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, puerto-rikalı voleybolçu karyerasını İtaliyada davam etdirəcək.
33 yaşlı hücumçu “Novara” klubu ilə danışıqları müsbət yekunlaşdırıb. Kruz artıq 1 illik müqaviləyə də imza atıb.
Qeyd edək ki, fəaliyyətini dayandıran “Rabitə”nin kapitanı Bakı təmsilçisi ilə 3 dəfə Azərbaycan çempionu olub. O, həmçinin bu komanda ilə 1 dəfə klublararası dünya çempionatının, 2 dəfə Çempionlar Liqasının gümüş medalını qazanıb. 2012-ci ildə İtaliyanın “Villa Kortese” klubundan transfer olunan Kruz ölkəmizdə oynadığı bütün mövsümlərdə Super Liqanın simvolik komandasında yer alıb.