[b]Şahin Diniyevin köməkçiləri bəlli oldu[/b]
28.05.2015 - 11:32
[b]Şahin Diniyevin köməkçiləri bəlli oldu[/b]

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz" klubunun yeni baş məşqçisi təyin olunan Şahin Diniyevin köməkçiləri müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, 49 yaşlı çalışdırıcı yeni işinə yeni heyətlə başlayacaq.

 

Diniyevin əsas köməkçisi Məşqçilər Komitəsində onunla birgə çalışan Şakir Qəribov olacaq. Hər iki mütəxəssisin "Kəpəz"lə eyni anda Məşqçilər Komitəsində də çalışıb-çalışmayacağına federasiya rəhbərliyi qərar verəcək. Qəribovla yanaşı, Xaliq Mərdanov və Füzuli Allahverdiyev də Diniyevin köməkçisi funksiyasını yerinə yetirəcəklər.

 

Məlumatı saytımıza açıqlamasında Şahin Diniyev özü də təsdiqləyib. O bildirib ki, yalnız qapıçılarla işləyəcək məşqçinin kimliyinə aydınlıq gəlməyib: "Bəli, "Kəpəz"də mənimlə birgə Şakir Qəribov, Xaliq Mərdanov və Füzuli Allahverdiyev çalışacaqlar. Yalnız qapıçılarla işləyəcək məşqçi dəqiqləşməyib. Onun adına isə yaxın 1 həftə ərzində aydınlıq gələcək".

0