Yığmamız Slovakiyaya yollandı
28.05.2015 - 12:13
Yığmamız Slovakiyaya yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Bakını tərk edib. Apasport.az saytının məlumatına görə, komandamız Avropa çempionatının pley-off mərhələsinin cavab görüşü üçün Slovakiyaya yollanıb.

 

Yığmamızın səfərə 2 gün tez yollanmasında əsas məqsəd mühitə uyğunlaşmaqdı. Komandamız ilk qarşılaşmada 3:0 hesabı ilə qalib gəldiyi slovakiyalılarla ikinci oyununa mayın 30-da çıxacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlaycaq.

 

Bu görüşdən sonra isə komandamız Sloveniyaya gedəcək və burada iyunun 6-dək təlim-məşq toplanışı keçəcək. Hazırlıqda  əsas məqsəd Avropa Oyunlarına kimi bütün çatışmazlıqları aradan qaldırmaqdı.

0