[b]Bakı-2015: “Oyunların məsuliyyətini yaxşı dərk edirəm”[/b]
28.05.2015 - 16:12
[b]Bakı-2015: “Oyunların məsuliyyətini yaxşı dərk edirəm”[/b]

“Birinci Avropa Oyunlarında iştirakımı səbirsizliklə gözləyirəm. Bakıda medal qazanmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bunu serbiyalı samboçu İvana Yandriç deyib.

 

Bakıda keçiriləcək Avropa Oyunlarında uğur qazanmaq istəyən idmançı hədəflərini açıqlayıb. 68 kq çəki dərəcəsində mübarizə aparacaq 21 yaşlı Yandriç bildirib ki, yarışa tam hazırdı: “Fəxr edirəm ki, ölkəmi belə bir mötəbər yarışda təmsil edəcəyəm. Bu Oyunların məsuliyyətini yaxşı dərk edirəm. Bakıda böyük uğur qazanmaq və Serbiyanı ləyaqətlə təmsil etmək istərdim”.

 

Qeyd edək ki, Yandriç son Avropa çempionatının bürünc mükafatçısıdı.

0