Aqil Məmmədov: Mən bu qələbəni tarixi uğur hesab etmirəm
28.05.2015 - 20:28
Aqil Məmmədov: Mən bu qələbəni tarixi uğur hesab etmirəm

“Qələbə münasibəti ilə azarkeşləri təbrik edirəm. Sumqayıtlı futbol fanatları bizə hər zaman dəstək oldular”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

Komandasını da qələbə münasibəti ilə təbrik edən baş məşqçi qonaq komandanın gənc futbolçuları haqqında da danışıb:

 

““İnter”in heyətində çıxış edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Həmin oyunçuların bir neçəsini bəyəndim. Düşünürəm ki, gənc oyunçular Premyer Liqada oynamağa hazırdırlar. Düzdü, indiyə qədər “İnter”i məğlub edə bilməmişdik. Çempionatın sonuncu turundakı oyunumuz tarixə düşdü, amma mən bu qələbəni tarixi uğur hesab etmirəm”.

 

“İnter”in məşqçisi Roman Cəfərov isə əvəzedici heyətlərin çempionatında qızıl medal qazanan futbolçulara şans verdiklərini qeyd edib:

 

“Məqsədimiz odur ki, gənc futbolçular heyətdə möhkəmlənsinlər. Bu gün hesabı biz açsaq da, qələbə üçün təcrübəmiz çatmadı. Hesab oyuna görə oldu”.

0