Nazarovun qol ötürməsi komandasını ümidləndirdi
29.05.2015 - 00:52
Nazarovun qol ötürməsi komandasını ümidləndirdi

Almaniya ikinci bundesliqasında 3-cü yeri tutan “Karlsrue” elitaya çıxmaq üçün “Hamburq”la play-off oyunu keçirib. Apasport.az saytının məlumatına görə, iki oyunluq sistemlə keçirilən play-off qarşılaşmasının ilk görüşündə milli komandamızın da formasını geyinən Dmitri Nazarovun komandası “Karlsrue” səfərdə rəqibi ilə bərabərə qalıb.

 

Milli oyunçumuz matçı əvəzedilmədən keçirib. Komandasının qolunun ötürməsini də verən Nazarov 1:1 hesablı bərabərlikdə əsas söz sahiblərindən biri olub.

 

Bu nəticədən sonra Nazarov və komandası cavab qarşılşaması üçün üstünlük qazanıb.

 

Xatırladaq ki, cavab görüşü iyunun 1-də oynanacaq.

0