[b]Ukrayna millisinin futbolçusu: Azərbaycanda bu imkan var[/b]
29.05.2015 - 08:48
[b]Ukrayna millisinin futbolçusu: Azərbaycanda bu imkan var[/b]

“Ukrayna çempionatının səviyyəsi xeyli aşağı düşüb. Futbolçuların Azərbaycan və Qazaxıstana getməsi müşahidə olunur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin və “Şaxtyor” klubunun futbolçusu Taras Stepanenko deyib.

 

26 yaşlı yarımmüdafiəçi vətənində Premyer Liqanın səviyyəsinin düşməsindən narahatçılığını bildirib: “Oyunçuların Azərbaycan və Qazaxıstana getməsi təsadüfi deyil. Bu ölkələrdə futbolçulara onların istədiyi pulu vermək imkanı var. Təbii ki, hər şey ölkədəki siyasi vəziyyətlə də bağlıdı. Bununla heç nə etmək olmaz, bu dövrü yaşamaq lazımdı”.

 

Qeyd edək ki, Stepanenko millidə 19 oyunda 1 qol vurub.

0