Fransa millisinin hücumçusu “Qalatasaray”da!
29.05.2015 - 10:33
Fransa millisinin hücumçusu “Qalatasaray”da!

“Marsel”in hücumçusu Andre-Pyer Jinyak gələn mövsümdən karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 30 yaşlı hücumçu Superliqa çempionu “Qalatasaray”la anlaşıb.

 

“Marsel”lə başa çatan müqavilə müddətini yeniləməyən Fransa millisinin üzvü Rusiya klublarının təklifini rədd edərək, “Qalatasaray”ın 3 illik müqavilə təklifinə “hə” deyib. Azad agent kimi gəldiyi üçün yeni klubunda nəğd 1 milyon avro qazanacaq Jinyakın illik maaşı isə 2,5 milyon avro olacaq.

 

Qeyd edək ki, Jinyak başa çatan 2014/15 mövsümündə Liqa 1-də 21 qol vurub və bombardirlər yarışında ikinci yeri tutub.

0