[b]“Kəpəz”in baş məşqçisi Danimarkaya gedir[/b]
29.05.2015 - 10:47
[b]“Kəpəz”in baş məşqçisi Danimarkaya gedir[/b]

Bu günlərdə “Kəpəz”in baş məşqçisi təyin olunan Şahin Diniyev gələn ay Danimarkaya gedəcək. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin səfərə çıxmasında məqsəd heç də futbolçu axtarmaq deyil.

 

Məsələ burasındadı ki, 21 yaşadək futbolçulardan ibarət millimizin iyunda Danimarkada təlim-məşq toplanışı keçəcəyi dəqiqləşib. Məşqçilər Komitəsindəki işini hələ ki, davam etdirən Diniyev də adıçəkilən ölkəyə məhz bu səbəbdən gedəcək. O, Komitənin üzvü kimi U-21-in toplanışını izləyib, qeydlərini götürəcək.

 

Yığmamızın toplanış çərçivəsində yoxlama görüşü keçirməsi də nəzərdə tutulub.

 

Qeyd edək ki, U-21 AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində iyunun 17-də səfərdə Farer adaları ilə qarşılaşacaq. 

 

0