“Real”ın Rafael Benitesi təqdim edəcəyi tarix məlum oldu
29.05.2015 - 11:42
“Real”ın Rafael Benitesi təqdim edəcəyi tarix məlum oldu

Karlo Ançelotti ilə yollarını ayıran “Real”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “kral klubu”nu gələn mövsümdən Rafael Benitesin çalışdıracağı dəqiqləşib.

 

“Napoli”dən ayrılan ispaniyalı mütəxəssisin Madrid təmsilçisi ilə müqavilə bağlayacağı tarix də məlum olub. “El Mundo Deportivo”nun yaydığı informasiyaya əsasən, “Real” iyunun 3-də “Santyaqo Bernabeu” stadionunda Benitesi ictimaiyyətə təqdim edəcək.

 

55 yaşlı mütəxəssisin yeni komandası ilə 2 və ya 3 illik müqavilə imzalayacağı bildirilib. Onun “Real”dakı illik məvacibi isə 4 milyon avro təşkil edəcək.

0