[b]“Xəzər Lənkəran”da qalası olmasam...” [/b]- Rasim Ramaldanov
29.05.2015 - 12:03
[b]“Xəzər Lənkəran”da qalası olmasam...” [/b]- Rasim Ramaldanov

“Gələcək karyeramla bağlı qərarımı verməmişəm. Hələ bilinmir ki, növbəti mövsümü hansı klubda keçirəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov deyib.

 

Cənub klubu ilə müqaviləsi başa çatan futbolçuların siyahısında Ramaldanovun da adı var. Başqa variantlarının olduğunu deyən 29 yaşlı müdafiəçi gələcək karyerasına bu günlərdə aydınlıq gələcəyini qeyd edib: “Bəli, mənim “Xəzər Lənkəran”la müqaviləm başa çatır. Hələ ki, rəhbərliklə görüşüb, yeni sözləşmə barədə söhbət etməmişəm. Buna görə də, komandada qalıb-qalmayacağımı deyə bilmərəm. Əgər qalası olmasam, başqa variantları nəzərdən keçirəcəm”.

 

Qeyd edək ki, Berti Foqtsun dönəmində milliyə də dəvət alan Rasim Ramaldanov 2013-cü ildən “Xəzər Lənkəran”ın formasını geyinir. 

0