Bakı-2015: Millimizin Atletlər kəndinə köçəcəyi gün açıqlandı
29.05.2015 - 12:18
Bakı-2015: Millimizin Atletlər kəndinə köçəcəyi gün açıqlandı

Bakı-2015 I Avropa oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının Atletlər kəndinə köçəcəyi gün müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, bu barədə yığmamızın nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva məlumat verib.

 

O bildirib ki, 291 idmançı və 150 rəsmidən ibarət komandamız iyunun 8-də Atletlər kəndinə köçəcək. Mingəçevirdə yarışacaq avarçəkənlər də həmin tarixdə yarış yerinə yollanacaq.

 

Bundan 3 gün sonra isə millimizin salamlama mərasimi keçiriləcək. İyunun 11-də baş tutacaq tədbir saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, Avropa Oyunları iyunun 12-də start götürəcək.

0