Avropa Liqasında klublarımız üçün 83 rəqib
29.05.2015 - 12:24
Avropa Liqasında klublarımız üçün 83 rəqib

Avropa Liqasında çıxış edəcək Azərbaycan klublarının potensial rəqiblərinin siyahısına yeni klublar əlavə olunub. Apasport.az saytının məlumatına görə, artıq bu mərhələnin 88 komandası bəllidi.

 

Bunların 42-si səpələnmiş, 46-sı səpələnməmişlər səbətində yer alıb. Güclülərlə eyni səbətdə yer alan “Neftçi” və “İnter” səpələnməmiş 46 komandadan 43-ü ilə qarşılaşa bilər. Burada digər təmsilçimiz “Qəbələ” və Ermənistan klubları istisna təşkil edir.

 

“Qəbələ” isə digər 2 klubumuzu saymasaq, səpələnmiş 40 klubla görüşə bilər.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Vest Hem” (İngiltərə), “Brondbü” (Danimarka), “Debretsen” (Macarıstan), “Beytar” (İsrail),  “Vaduts” (Lixtenşteyn), “Domjale” (Sloveniya), “Buduçnost” (Monteneqro), “Koper” (Sloveniya), “Slovan”, “Jilina”, “Spartak” (hamısı Slovakiya), “Şerif”, “Daçiya” (hər ikisi Moldova), “Rusenborq”, “Stromsqodset” (hər ikisi Norveç), “Elfsborq”, AİK (ər ikisi İsveç), “NEFTÇİ” (AZƏRBAYCAN), “Aktobe” (Qazaxıstan), “Qo Ehed İqls” (Hollandiya), “Srvena Zvezda”, “Voyvodina” (hər ikisi Serbiya), “Reykyavik”, “Hafnarfyordur” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Düdelanj”, “Diffeerdanj” (hər ikisi Lüksemburq), “İNTER” (AZƏRBAYCAN), “Linfild” (Şimali İrlandiya), “Valletta” (Malta), “Rabotniçki” (Makedoniya), “Torpedo”, “Şaxtyor” (hər ikisi Belarus), “Aberdin” (Şotlandiya), “HB Torshavn” (Farer adaları), “Birkirkara” (Malta), “Hayduk” (Xorvatiya), “Apollon”, “Omoniya” (hər ikisi Kipr), “Dinamo” (Tiflis, Gürcüstan), “Botosani” (Rumıniya)

 

Səpələnməmişlər

“Renova” (Makedoniya), “Selye” (Sloveniya), “Mladost” (Monteneqro), “Flora” (Estoniya), “Ferensvaroş”, MTK (hər ikisi Macarıstan), “Skonto”, “Yelqava”, “Spartak” (hamısı Latviya), “Vikinqur” (İslandiya), “Odd Qrenland” (Norveç), “Kukesi”, “Şkendiya”, “Partizani” (hamısı Albaniya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Ordabası”, “Kayrat” (hər ikisi Qazaxıstan), “Saxan Qaqauz Yeri” (Moldova), “Şirak”, “Uliss” (hər ikisi Ermənistan), “Qlentoran”, “Qlenavon” (hər ikisi Şimali İrlandiya), “Vaasa” , SJK, “Lahti” (hamısı Finlandiya), “Kalev” (Estoniya), “Sent Culiya”, “Lusitanos” (hər ikisi Andorra), “Vikinqur”, “Runavik” (hər ikisi Farer adaları), “Trakai”, “Kruoja”, “Atlantas (hamısı Litva), “Kork Siti”, UCD (hər ikisi İrlandiya), “Airbus”, “Nyutaun”, “Bala Taun” (hamısı Uels), “Baltsan” (Malta), “Çukariçki” (Serbiya), “Dinamo” Batumi, “Spartak” Sxinvali (Gürcüstan), “Yuvenes”, “La Fiorita” (hər ikisi San-Marino), “Proqres” (Lüksemburq), “Olimpik” (Bosniya və Herseqovina)

 

Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq

 

 

0