Roy Hocson İngiltərə millisindən gedir
29.05.2015 - 13:45
Roy Hocson İngiltərə millisindən gedir

İngiltərə millisinin baş məşqçisi Roy Hocson postunda çox qalmaq fikrində deyil. Apasport.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis Avro-2016-dan sonra komandadan ayrılmaq niyyətindədi.

 

Hocson qitə birinciliyindəki nəticədən sonra bununla bağlı qərarını verəcəyini deyib: “Sven-Yoran Eriksson və Fabio Kapello da İngiltərə millisi ilə turnirə gedəndə az tanınmırdılar. Amma onların hər ikisi yarışdan sonra “Mən daha iki il burda qalmaq istəmirəm” dedi. Elə mən də 69 yaşıma eyni işi görərək girmək istəmirəm”.

 

Qeyd edək ki, Roy Hocson 2012-ci ildən İngiltərə millisini çalışdırır.

0