Əhməd Ələsgərovun anım tədbiri keçirilib - FOTOSESSİYA
29.05.2015 - 16:18
Əhməd Ələsgərovun anım tədbiri keçirilib  - FOTOSESSİYA

Bu gün AFFA-nın inzibati binasında əməkdar məşqçi Əhməd Ələsgərovun anım tədbiri keçirilib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə ölkə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak ediblər.

 

Əvvəlcə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev çıxış edərək Rüstəm Rəhimovla birgə AFFA tərəfindən Ukraynaya ezam olunmaları və Əhməd Ələsgərovun dəfn mərasimində iştirak etmələri barədə danışıb, mərhumun ailəsinin göstərilən diqqətə görə Azərbaycan futbol ictimaiyyətinə təşəkkür etdiyini deyib.

 

Futbol veteranları Çingiz İsmayılov, Fuad Tağızadə, Bəşir Əliyev, Rüstəm Rəhimov, İsgəndər Cavadov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Nağı Babayev və Vaqif Sadıqov çıxış edərək Əhməd Ələsgərovla bağlı xatirələrini bölüşüb, Azərbaycan futbolunun inkişafındakı əvəzsiz xidmətlərini qeyd edib, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını deyiblər.

 

Tədbir iştirakçıları Əhməd Ələsgərovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

0