UEFA Sxadadzenini komandasını cəzalandırdı
29.05.2015 - 20:05
UEFA Sxadadzenini komandasını cəzalandırdı

Gürcüstan milli futbol komandası UEFA tərəfindən cəzalandırılıb. Apasport.az sayının məlumatına görə, AVRO-2016-nın seçmə tsikli çərçivəsində Tbilisidə Almaniya ilə oyunda yaşananan hadisələr qonşu ölkənin futbol federasiyasına baha başa gəlib.

 

Avropanın ali futbol qurumu Gürcüstanı 50 min avro məbləğində cərimə edib.

 

Xatırladaq ki, Bakı “İnter”inin keçmiş baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda Almaniya ilə oyunda 0:2 hesablı məğlub olmuşdu. Həmin qarşılaşmada azarekşlər meydana axışmış, eyni zamanda qadağan olunmuş pirotexniki vasitələrdən istifadə etmişdilər.

0