[b]“Blatterin qələbəsi futbolun və FİFA-nın məğlubiyyətidi”[/b]
29.05.2015 - 22:51
[b]“Blatterin qələbəsi futbolun və FİFA-nın məğlubiyyətidi”[/b]

Portuqaliyalı keçmiş futbolçu Luiş Fiqu FİFA prezident seçkilərinin nəticəsini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Fiqu Zepp Blatterin yenidən prezident seçilməsini özünəməxsus şəkildə şərh edib:

 

“Blatterin qələbəsi həm FİFA-nın, həm futbolun, həm də futbolsevərlərin məğlubiyyətidi”.

 

Xatırladaq ki, Luiş Fiqu da FİFA prezidentliyinə namizədliyini vermiş, daha sonra isə öz namizədliyini Əli ibn Əl-Hüseynin xeyrinə geri çəkmişdi.

0