[b]“Azərbaycan klublarına yalnız böyük məbləğdə maaşa keçərəm”[/b]
30.05.2015 - 09:23
[b]“Azərbaycan klublarına yalnız böyük məbləğdə maaşa keçərəm”[/b]

“Avropa klublarından təkliflər almışam. Güclü komandaların təklif etdiyi şərtlər də yaxşıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Volın” klubunun futbolçusu Erik Bikfalvi deyib.

 

Rumıniya millisinin 27 yaşlı yarımmüdafiəçisi Ukrayna karyerasını başa vurmaq niyyətindədi. Əksər legionerlər kimi bu ölkədən getməyə hazırlaşan Bikfalvi Azərbaycan variantı haqda da danışıb: “Agentimə lazım olan sözləri demişəm. Azərbaycan, Qazaxıstan və BƏƏ klublarına yalnız böyük məbləğdə maaşa keçərəm. Əks halda isə bu ölkələrin çempionatı mənə maralı deyil. Ən azı ona görə ki, ora getsəm, milli komandadan uzaq düşəcəm”.

 

Qeyd edək ki, Erik 2012-ci ildən “Volın”da çıxış edir.

0