“Azərbaycandan təklif almamışıq”
30.05.2015 - 14:02
“Azərbaycandan təklif almamışıq”

“Artyom Milevskiyə yaxşı təkliflər gəlsə, onları götür-qoy etməyə hazırıq. Azərbaycandan isə hər hansı təklif almamışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin futbolçusu Artyom Milevskinin agenti Aleksandr Pankov deyib.

 

O, hazırda Xorvatiyanın “Hayduk” klubunda çıxış edən müştərisinin gələcək karyerası haqda fikirlərini açıqlayıb. Pankov adı Azərbaycan klubları ilə yanaşı da hallanan futbolçuya ölkəmizdən təklif olmadığını qeyd edib: “Ümumiyyətlə isə yaxın xaricdən olan təkliflərə ən axırda baxacağıq. İndi isə bizim üçün prioritet Avropa ölkələrinin çempionatlarıdı. Zənglər, danışıqlar çox olsa da, konkret təklif yoxdu. Hətta Çin, Hindistan, Tailand və Malayziyadan da zənglər olub. Lakin Artyom hələ “Hayduk”un futbolçusudu, bu klubla 1 illik müqaviləsi qalıb”.

0