[b]Bakı-2015: Millimiz Türkiyəyə məğlub olub, liderliyi əldən verdi - YENİLƏNİB[/b]
21.06.2015 - 20:59
[b]Bakı-2015: Millimiz Türkiyəyə məğlub olub, liderliyi əldən verdi - YENİLƏNİB[/b]

Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində 1/4 finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son turunun matçlarından sonra mübarizəni davam etdirəcək 8 komandanın tam siyahısı dəqiqləşib.

 

Bu oyunadək mərhələ adlayacağını rəsmiləşdirən Azərbaycan yığması son turda liderlik oyununa çıxıb. Millimiz ən yaxın izləyicisi Türkiyə ilə görüşüb. Aleksandr Çervyakovun yetirmələri 3 setdə uduzaraq, zirvəni əldən verib.

 

Mərhələni qrup ikincisi kimi adlayan yığmamız 1/4 finalda B qrupunun 3-cüsü ilə qarşılaşacaq. Millimiz yarımfinala vəsiqə üçün Almaniya səddini keçməli olacaq.

 

A qrupunda Türkiyə 1-ci, Polşa 3-cü, Belçika 4-cü yerin sahibi kimi mərhələ adlayıb.  B qrupunda Serbiya və Hollandiyanın ardından Almaniya ilə Rusiya da 1/4 finala çıxıb.

 

Voleybol

Qadınlar, V tur

21 iyun

 

A qrupu

Belçika – Polşa - 3:2 (25:22, 21:25, 23:25, 25:22, 16:14)

İtaliya – Rumıniya - 0:3 (23:25, 16:25, 21:25)

Türkiyə - Azərbaycan - 3:0 (25:23, 26:24, 25:21)

 

1.

Türkiyə

5

4

1

14-3

403-319

13

2.

Azərbaycan

5

4

1

12-7

453-409

11

3.

Polşa

5

3

2

11-8

425-403

9

4.

Belçika

5

2

3

8-11

393-431

6

5.

Rumıniya

5

1

4

4-12

334-387

3

6.

İtaliya

5

1

4

4-12

325-384

3

 

B qrupu

Hollandiya – Bolqarıstan - 3:0 (25:20, 25:18, 25:19) 

Xorvatiya – Almaniya - 0:3 (21:25, 22:25, 19:25)

22:00. Rusiya – Serbiya

 

1.

Hollandiya

5

4

1

12-7

432-405

11

2.

Serbiya

4

3

1

11-4

346-301

10

3.

Almaniya

5

3

2

12-8

428-434

9

4.

Rusiya

4

2

2

7-8

334-326

5

5.

Bolqarıstan

5

1

4

6-12

390-404

4

6.

Xorvatiya

5

1

4

4-13

352-412

3

 

0