[b]Bakı-2015: Samboçularımız rəqibləri bilindi[/b]
21.06.2015 - 21:29
[b]Bakı-2015: Samboçularımız rəqibləri bilindi[/b]

Bakı-2015 Avropa Oyunlarında sambo yarışlarının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 1 gün davam edəcək mübarizə sabah baş tutacaq.

 

Püşkatma mərasimində 8 dərəcəsi (4 kişi, 4 qadın) üzrə təşkil olunacaq yarışlarda Azərbaycan millisinin samboçuları da rəqiblərini tanıyıblar. Həmyerlilərimizdən İslam Qasımov (57 kq) 1/4 finalda rumıniyalı Orlando Qruia ilə üz-üzə gələcək. 74 kq çəki dərəcəsində döşəyə çıxacaq təmsilçimiz Amil Qasımov ilk mərhələdən azaddı. O, 1/4 finalda Tadey Cutuk (Sloveniya) – Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Millimizin medal ümidlərindən olan Kənan Qasımov (90 kq) da mübarizəyə 1/4 finaldan start verəcək. O, debütdə İvan Vasilçuku sınağa çəkəcək. +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək Vasif Səfərbəyov da yarışa 1/4 finaldan başlayacaq. Samboçumuz Bayro Maşoviçlə (Makedoniya) münasibətinə aydınlıq gətirəcək.

 

4 çəki dərəcəsində qüvvəsini sınayacaq xanım idmançılarımız yarımfinal mərhələsinin 1 addımlığından Oyunlara qatılacaqlar:

 

1/4 final mərhələsi

52 kq. Nəzakət Xəlilova – Sodriana İonesku (Rumıniya)

60 kq. Şəhanə Hüseynova – Yana Kostenko (Rusiya)/Şorena Şaradze (Gürcüstan)

64 kq. Fəridə Qurbanova – Yekaterina Sretu (Moldova)

68 kq. Nərminə Əlizadə - Olqa Namazova (Belarus)

 

Qeyd edək ki, sambo yarışlarına sabah saat 10:00-da start veriləcək.

0