Bakı-2015: Badmintonçularımız ilk turda xal qazana bilmədi - YENİLƏNİB
22.06.2015 - 18:03
Bakı-2015: Badmintonçularımız ilk turda xal qazana bilmədi - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında badminton yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə qrup mərhələsinin I turunun oyunları keçirilir.

 

Azərbaycanı bu növdə iki badmintonçu – Kamran Rzayevlə Orxan Qələndərov təmsil edir. Rzayev həm təklərin yarışında mübarizə aparır, həm də Qələndərovla birlikdə cütlərin turnirində qüvvəsini sınayır.

 

İlk tur həmyerlilərimiz üçün uğursuz alınıb. Belə ki, həm təklərin. Həm də cütlərin yarışında idmançılarımız 0:2 hesabı ilə uduzub.

 

22 iyun

Badminton

 

Təklər

B qrupu

I tur

Rosario Maddaloni (İtaliya) - Samuel Kali (Malta) – 2:0 (21:3, 21:10)

Mişa Zilberman (İsrail) - Kamran Rzayev (Azərbaycan) – 2:0 (21:5, 21:3)

 

Cütlər

B qrupu

I tur

Vladimir İvanov/İvan Sozonov (Rusiya) – Bastian Kersodi/Qaetan Mittelheyser (Fransa) – 2:0 (21:15, 21:13)

Kamran Rzayev/Orxan Qələndərov (Azərbaycan) – Əmrə Vural/Sinan Zorlu (Türkiyə) – 0:2 (7:21, 14:21)

 

 

0