Bakı-2015:[b] “Azərbaycanda insanlar çox mehribandı” [/b]
22.06.2015 - 10:05
Bakı-2015:[b] “Azərbaycanda insanlar çox mehribandı” [/b]

“I Avropa Oyunlarında hər şey əladı. Təşkilati məsələlər gözəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İrlandiyanın 3X3 basketbol millisinin üzvü Orla Oreilli deyib.

 

Sabah Bakı-2015 I Avropa Oyunları çərçivəsində bu idman növünə start veriləcək.

 

Oreilli öncə Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən razılıq bildirib: “Bakı bir az küləkli şəhərdi. Əsas odu ki, insanlar çox mehribandı”.

 

Oreilli qadınların bu idman növündə geri qaldığını deyib: “Düzdü, bu idman növündə kişilərdən geri qalırıq. Amma yavaş-yavaş bizdə də basketbola maraq böyüyür. Avropa Oyunlarında güclü komandalar iştirak edəcək. 3X3 növü sürətli yarışdı. Qadınlar hələ təzə başlayırlar. Amma idmanın bu növü tədricən genişlənir”.

 

İrlandiyalı basketbolçu onları çətin oyunların gözlədiyini deyib: “Rəqabət yüksək olacaq. Amma basketbol üzrə ənənəsi olan dövlətlərin komandaları yəqin ki, burda da yüksək nəticə göstərəcəklər. Məsələn, İspaniyanı qeyd edə bilərəm. Çox komanda yeni olduğu üçün onlar barədə məlumatsızıq”.

 

Qeyd edək ki, İrlandiya yığması yarışda ilk matçını sabah Sloveniyaya qarşı keçirəcək.

0