[b][/b][b]“Bu uğura tək imza ata bilməzdim” [/b]– [b]Mariya Durunda[/b]
22.06.2015 - 13:26
[b][/b][b]“Bu uğura tək imza ata bilməzdim” [/b]– [b]Mariya Durunda[/b]

“Avropa Oyunlarında çıxış etmək çox məsuliyyətli idi. Şadam ki, medal əldə etməklə, mənə bəslənən ümidləri doğrultdum”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarında gümüş medal qazanan Marina Durunda deyib.

 

Bədii gimnastikanın fərdi lent yarışında ikinci olan Durunda bu gün MOK-da keçirilən “Zəfər günləri” layihəsindən sonra sevinc hisslərini bölüşüb.

 

O bildirib ki, qazanılan uğura tək imza atmayıb: “İkinci yeri tutmaqla, məşqçimi, yaxınlarımı, azarkeşləri sevindirdim. Bu uğuru bütün Azərbaycana həsr edirəm. Nailiyyətimdə məşqçilərin və Gimnastika Federasiyasının rolu danılmazdı. Hamı – qohumlarım, dostlarım, federasiya rəhbərliyi məni bu uğur münasibətilə təbrik etdi. Məşqlərdə çox çalışırdım. Bunun bəhrəsini gördüm. Avropa Oyunlarında hər şey yüksək səviyyədə idi. Mənə dəstək olan hər kəsə minnətdaram. Bu uğura tək imza ata bilməzdim”.

 

Durunda bu uğurdan sonar arxayınlaşmayacağını, yeni qələbələrə köklənəcəyini qeyd edib: “Arxayınlaşmaq olmaz. Qarşıda turnirlər var. Olimpiadaya lisenziya qazanmalıyam. İndi məsuliyyətim daha çoxdu. Həddindən artıq işləmək və növbəti yarışlarda da yüksək səviyyədə çıxış göstərmək lazımdı”.
 

 

0