[b]“Həmin səhvləri bu dəfə təkrar etmədim” – Tayfur Əliyev[/b]
22.06.2015 - 14:20
[b]“Həmin səhvləri bu dəfə təkrar etmədim” – Tayfur Əliyev[/b]

“1/8 finaldakı döyüşümdən özümün də xoşum gəlmədi. Çünki səhvim çox oldu. Sonra həmin döyüşə baxdım və oradakı səhvlərimi bu dəfə təkrar etmədim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın boks yığmasının üzvü Tayfur Əliyev deyib.

 

I Avropa Oyunlarında 56 kq çəki dərəcəsində mübarizə aparan Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qüvvəsini sınayıb. Rəqibini bu mərhələyə çıxmağa peşman edən idmançımız yarımfinala adlayıb.

 

1/4 finaldakı qələbəsini şərh edən Əliyev finala çıxacağına inandığını qeyd edib: “Əvvəlki oyunumdakı səhvləri təhlil etdim. Həmin məşqin nəticəsidi ki, mən bu gün qalib gəldim. Bundan sonrakı döyüşə daha yaxşı hazırlaşacam. Bu döyüşdəki səhvlərim isə texniki səhvlər idi. Ümid edirəm ki, finala vəsiqə qazanacam. Özümə inanıram. Çətin olsa da, bu yarışda çempion ola bilərəm”.

0