[b]Bakı-2015: “Qızıl”la qızıldan dəyərli jest[/b]
22.06.2015 - 19:41
[b]Bakı-2015: “Qızıl”la qızıldan dəyərli jest[/b]

I Avropa Oyunlarının sambo yarışında, 74 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Amil Qasımov finala qədər irəliləsə də, gümüş medalla kifayətlənib. Apasport.az saytının məlumatına görə, həlledici döyüşdə Belarus idmançısı Stepan Popovla qarşılaşan həmyerlimizin “qızıl” arzusu həyata keçməyib.

 

Ümumi nəticədə 1:3 hesabı ilə uduzan Qasımov görüşün sonunda zədələnib. Bu zaman belaruslu rəqibi əsl peşəkar idmançıya yaraşan hərəkət edərək, tribunalara toplaşan azarkeşlərin alqışını qazanıb.

 

Belə ki, Popov zədədən əziyyət çəkən Qasımovun xalçanı tərk etməsinə yardım edib. Feyr-pley nümayiş etdirən belaruslu idmançı Amili çiyni üzərinə alaraq, onu yarışın keçirildiyi zaldan çıxarıb.

 

Onun bu hərəkəti arenaya toplaşmış azarkeşlər tərəfindən çox müsbət qarşılanıb.

0