[b]Bakı-2015: Azərbaycan yığmasından asan qələbə[/b] - YENİLƏNİB
23.06.2015 - 23:06
[b]Bakı-2015:  Azərbaycan yığmasından asan qələbə[/b] - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Hollandiya ilə qarşılaşan Azərbaycan millisi asan qələbə qazanaraq, yarımfinala yüksəlib.

 

İlk setdə müqavimət göstərməyə çalışan “Zanbaqlar ölkəsi” təmsilçiləri 2-ci hissədə oyunda dönüş yaratmağa çalışıb. Lakin “doğma divarlar” arasında inamlı oyun nümayiş etdirən voleybolçularımız hollandiyalıların sevinməsinə imkan verməyib.

 

Yalnız ikinci setdə çətinliklə üzləşən yığmamız son hissədə asan qələbə qazanıb. Bununla da yığmamız yarımfinala yüksəlib. Aleksandr Çervyakovun yetirmələri finala vəsiqə uğrunda matçda Türkiyə ilə üz-üzə gələcək.

 

“Ay-ulduzlular” Rusiya millisi üzərində çətin qələbə ilə yarımfinala yüksəlib. Türkiyə yığması qrup mərhələsində də millimizlə görüşüb. Son tura təsadüf edən liderlərin duelindəki qələbə ilə yığmamızı taxtdan salan qonşu ölkə təmsilçisi 1/4 finala qrup qalibi kimi çıxmışdı. Çervyakovun yetirmələri finala çıxmaq üçün həmin yenilginin qisasını almalıdı.

 

Yarımfinala ilk vəsiqənin sahibi isə Polşa olub. Almaniyanı tay-brekdə məğlub edən polşalılar növbəti matçda Serbiya ilə görüşəcək.

 

Voleybol

23 iyun

 

Qadınlar

1/4 final

Polşa - Almaniya - 3:2 (25:23, 25:17, 18:25, 14:25, 15:10)

Türkiyə - Rusiya - 3:1 (25:18, 23:25, 25:22, 25:19)

Azərbaycan – Hollandiya - 3:0 (25:21, 25:23, 25:14)

Belçika – Serbiya - 2:3 (22:15, 25:19, 14:25, 25:21, 17:19)

0