[b]Bakı-2015: Sambo yığmamız 4 medal qazanıb, 4-cü oldu[/b]
22.06.2015 - 21:41
[b]Bakı-2015: Sambo yığmamız 4 medal qazanıb, 4-cü oldu[/b]

Bakı-2015 I Avropa Oyunlarının sambo yarışları başa çatıb. Apasport.az saytının məlumatına görə, bir gün davam edən yarışda 8 dəst medal sahibini tapıb.

 

Həm kişilərin, həm qadınların 4 dəst medal uğrunda mübarizə apardığı turnir Rusiya millisinin aşkar qələbəsi ilə nəticələnib. Bütün çəki dərəcələrində medal qazanan şimal qonşularımız 5 qızıl və 3 bürüncə yiyələnib.

 

Belarus və Serbiya idmançıları da çempionluq sevinci yaşayıb. Belaruslular yalnız 1 çəki dərəcəsində medalsız olmaqla, 2-ci olub. Hesabına 4 gümüş medal yazan Azərbaycan yığması Avropa Oyunlarının 4-cüsü olub.

 

Qeyd edək ki, yığmamızın heyətində İslam Qasımov (57 kq), Amil Qasımov (74 kq), Vasif Səfərbəyov (+100 kq), Nəzakət Xəlilova (52 kq) gümüş medala yiyələnib.

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Rusiya

5

0

3

8

2

Belarus

2

2

3

7

3

Serbiya

1

0

0

1

4

Azərbaycan

0

4

0

4

5

Bolqarıstan

0

1

1

2

5

Ukrayna

0

1

1

2

7

Gürcüstan

0

0

3

3

8

Litva

0

0

2

2

8

Fransa

0

0

2

2

10

Rumıniya

0

0

1

1

 

0