[b]“Alınmayanda alınmır” – İslam Qasımov[/b] - VİDEO
22.06.2015 - 21:47
[b]“Alınmayanda alınmır” – İslam Qasımov[/b] - VİDEO

“Mən dünya və Avropa çempionu olmuşam. İdmanda belə şeylər olur. İstərdim ki, öz ölkəmdə qızıl medal qazanım”. Bunu apasport.az saytına açıqlamasında Avropa Oyunlarında gümüş mükafat qazanan Azərbaycan samboçusu İslam Qasımov deyib.

 

Kişilərin yarışında 57 kq çəki dərəcəsində mübarizə aparan Qasımov finalda Rusiya təmsilçisi Aymerqen Atkunova məğlub olaraq gümüş medalla kifayətlənib.

 

Qasımov qeyd edib ki, qarşılaşdığı rəqiblər o qədər də güclü olmayıb: “Finaldakı rəqibimlə bundan əvvəl iki dəfə qarşılaşmışdım və onu məğlub etmişdim. Bu dəfə alınmadı. Belə oldu. Alınmayanda alınmır”.

 

0