Bakı-2015: Azərbaycan üzgüçüsü yarımfinalda 13-cü oldu - YENİLƏNİB
23.06.2015 - 17:09
Bakı-2015: Azərbaycan üzgüçüsü yarımfinalda 13-cü oldu - YENİLƏNİB

Bu gün Bakı-2015 ı Avropa Oyunlarında üzgüçülük yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Bakı Su İdmanı Mərkəzində üzgüçülüyün 12 növü üzrə yarışlar keçirilir.

 

Bu gün 7 medal dəst sahibini tapacaq. Digər növlərdə isə ilkin mərhələdə qüvvəsini sınayacaqlar.

 

Üzgüçülük yarışlarında Azərbaycanı təmsil edən 9 idmançıdan 8-i bu gün fərdi yarışlarda çıxış edib. Onlardan 7-si mübarizəni ilkin mərhələdə dayandırıb. Artyom Yeltyakov yarımfinala yüksəlib. Yarımfinalda təmsilçimiz məsafəni daha tez qət etsə də, finişə çatan 15 idmançı arasında 13-cü olub. Bu da ona həlledici mərhələdə çıxış edəcək “8-liy”ə düşməyə imkan verməyib.

 

Bundan başqa, estafetdə çıxış edən yığmamız da finala vəsiqə əldə edə bilməyib.

 

Kişilər

Batterflyay, 50 m

Kamran Cəfərov

Ilkin

27,17

60-cı yer

 

 

Murad Ayxan

ilkin

28,75

61

 

 

İvan Andrianov

ilkin

25,14

27

Qadınlar

Sərbəst üsul, 100 m

Alina Mançenkova

ilkin

1.03,15

63

Qadınlar

Batterflyay, 200 m

Alsu Bayramova

ilkin

2.24,36

22

Kişilər

Arxası üstə, 100 m

Qriqori Kalminski

ilkin

59,79

45

Qadınlar

Arxasi üstə, 200 m

Yuliya Stisyuk

ilkin

2.30,06

33

Kişilər

Brass, 200 m

Artyom Jeltyakov

ilkin

2.19,38

17

 

 

Artyom Jeltyakov

yarımfinal

2.18,79

13

Kişilər

Sərbəst üsul, 4x100 m

Azərbaycan (İvan Andrianov, Dorian Fazekaş, Kamran Cəfərov, Qriqori Kalminski)

ilkin

3.37,06

14

 

0