[b]“Avropa Oyunlarından sonra samboya maraq daha da artacaq”[/b] – federasiya prezidenti
23.06.2015 - 09:15
[b]“Avropa Oyunlarından sonra samboya maraq daha da artacaq”[/b] – federasiya prezidenti

“Sambo idman növü ilk dəfədi bu cür mötəbər yarışda təmsil olunur. Avropa Oyunları bir çox cəhətdən Olimpiya Oyunlarına bənzəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Sambo Federasiyasının (FİAS) prezidenti Vasili Şestakov deyib.

 

Rusiya Olimpiya Komitəsinin saytına danışan Şestakov Bakı-2015 I Avropa Oyunları barədə fikirlərini bölüşüb.

 

O bildirib ki, ölkəmizdə keçirilən yarışdan sonra sambo idman növünə maraq daha da artacaq: “Avropa Oyunları göstərdi ki, sambo Olimpiya Oyunları səviyyəsində idman növüdü və mötəbər yarışların hamısında təmsil oluna bilər. Sambonun öz reytinqi var. Bizim idman növü üzrə keçirilən dünya çempionatı da bunu təsdiqləyir. Avropa Oyunlarından sonra samboya maraq daha da artacaq”.

 

Şestakov Avropa Oyunlarında azarkeşlərin sambo yarışına böyük həvəs göstərdiyini qeyd edib: “I Avropa Oyunlarında sambo yarışlarında 21 ölkənin nümayəndəsi iştirak etdi. Rusiya yığmasından əlavə, Fransa, Serbiya, Belarus və Azərbaycan idmançıları da özlərini yaxşı tərəfdən göstərdilər. Yarışları çoxlu sayda azarkeş izlədi. Zala toplaşan insanlar bütün ölkələrdən olan samboçuları dəstəkləyirdilər. Ən önəmli məqam isə Azərbaycan prezidenti İlham Əliyevin vaxt ayırıb, öz ailəsi ilə birlikdə sambo yarışlarını zaldan izləməsi oldu”.

 

 

0