[b]Saymon Kleq: Vəziyyət ürəkaçandı[/b]
23.06.2015 - 09:42
[b]Saymon Kleq: Vəziyyət ürəkaçandı[/b]

“Dünən 7 idman növü üzrə yarış başa çatıb. 19 mindən çox tamaşaçı gimnastikanın müxtəlif növlərində iştirak edib”. Bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

 

Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor dünənin yekunları və bu günün planları ilə bağlı məlumat verib: “7 müxtəlif məkanda təxminən orta tamaşaçı iştirakı 81 faiz olub. Əlavə 12 min bilet satmışdıq. 1600-ə yaxın idmançı və rəsmi nümayəndə artıq Azərbaycanı tərk edib. Bu gün 3 idman növü üzrə finallar keçiriləcək. Tədricən Tofiq Bəhramov adına Respublika stadionunu ənənəvi formasına qayıtmasını təmin edirik”.

 

Baş direktor qeyd edib ki, indiyə qədər yarışlardan bir idmançı kənarlaşdırılıb: “O da dopinqə görə olub. Bu isə Oyunlardan əvvəl baş verib. Başqa heç bir idmançı qovulmayıb”.

 

Onun sözlərinə görə, Avropa Oyunlarının gələcəyi yayımdan asılı deyil: “Bu yarışlar idmançıların çıxışından asılıdı. Minlərlə idmançının bu yarışlara marağı olsa, əminəm ki, 2019-cu ildə ən yaxşılardan olacaq. Bu da yayımçıların diqqətini cəlb edəcək. Hazırda yayımdan məmnunam. Azərbaycanın gənc, dinamik və bacarıqlı ölkə kimi özünü göstərməsinin bunda böyük rolu var. Heç kim bilmirdi ki, bu Oyunlar necə olacaq. Çünki ilkdi. Ona görə də, hazırkı vəziyyət ürəkaçandı”.

 

Kleq İngiltərə və Almaniya mətbuatında məqalələr gördüyünü bildirib: “Biz konkret rəqabət düşünmürük. Biz bunu dünyaya yaymaq istəyirik”.

0