[b]"Street Athletics Baku 2015" başlayır[/b]
23.06.2015 - 16:20
[b]"Street Athletics Baku 2015" başlayır[/b]

Bu gün və sabah Fəvvarələr meydanında "Street Athletics Baku 2015" adlı Atletika turniri baş tutacaq. Apasport.az saytının məlumatına görə, turnirin ilk günündə, yəni sabah şüvüllə tullanan idmançıların, ayın 25-də isə hündürlüyə tullanan atletlərin yarışı başlayacaq.

 

Bu gün keçirilən mətbuat konfransında bildirilib ki, "Street Athletics Baku 2015" unikal turnirdi. İki gün davam edəcək yarışda öncə şüvüllə tullanan kişi və qadınlar yarışacaqlar. Bundan sonra isə meydan hündürlüyə tullanan atletlərin ixtiyarına veriləcək. Turnirin unikallığı ondadı ki, şüvüllə tullananlar düzünə, hündürlüyə tullananlar isə qövsvari tullanacaqlar. Təşkilatçılar bütün nüansları nəzərə alıblar ki, həm şüvüllə, həm də hündürlüyə tullananlar üçün yarışmaq rahat olsun.

 

Mətbuat konfransında o da qeyd olunub ki, “Street Athletics Baku 2015” ilk dəfə keçiriləcək və öz ənənələri ilə populyar turnirə çevriləcək. Şüvüllə tullanan atletlərin yarışında almaniyalı dünya çempionu Rafael Holtsdeppe ilə yanaşı, polşalı Petr Lisek, rusiyalı Aleksandr Qripiç, britaniyalı Stiven Lyuis və çexiyalı Mixal Balner iştirak edəcəklər. Hündürlüyə tullanan idmançılar arasında isə məşhur ukraynalılar - Bondarenko və Protsenko ilə yanaşı, rusiyalı Aleksandr Şustov, Aleksey Dmitrik və çexiyalı Yaroslav Baba yer alacaq.

 

Qeyd edək ki, "Street Athletics Baku 2015" turnirinin idman direktoru ukraynalı sabiq atlet, 2000-ci ildə keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı Yelena Qovorovadı.

0