[b]“Oyunumuzla göstərdik ki, problemlər aradan qalxacaq” - Valeriya Məmmədova[/b]
23.06.2015 - 19:57
[b]“Oyunumuzla göstərdik ki, problemlər aradan qalxacaq” - Valeriya Məmmədova[/b]

“Çox çətin görüş oldu. Türkiyəyə məğlubiyyətdən sonra tamaşaçıların etimadını qazanmaq çətin idi. Amma biz bunu bacardıq. Azarkeşlərə minnətdarlığımı bildirirəm ki, bizi tək qoymadılar”. Bunu apasport.az saytına Azərbaycan millisinin voleybolçusu Valeriya Məmmədova (Korotenko) deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında mübarizəni davam etdirən qadınlardan ibarət yığmamız 1/4 final mərhələsində bu gün Hollandiya üzərində 3:0 hesablı qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıb.

 

Yığmamızın təcrübəli liberosu qrup mərhələsinin son matçında Türkiyəyə (0:3) məğlubiyyətə də münasibət bildirib: “Komandada bəzi problemlər var idi. Amma biz bunların həlli yolunda çalışdıq. Bu gün öz oyunumuzla göstərdik ki, problemlər yavaş-yavaş aradan qalxacaq. Azarkeşləri də gələn oyunumuza dəvət edirəm”.

 

Qeyd edək ki, milli komandamız yarımfinalda yenidən Türkiyə ilə qarşılaşacaq. Bu görüş iyunun 25-də baş tutacaq.

0