[b]“Onu da məğlub edib, finala vəsiqə qazanacam” - Pərviz Bağırov[/b]
23.06.2015 - 21:26
[b]“Onu da məğlub edib, finala vəsiqə qazanacam” - Pərviz Bağırov[/b]

“Döyüş çətin keçdi. Çünki rəqibim fiziki cəhətdən çox güclü idi. Şükür olsun ki, qalib gəldim”. Bunu apasport.az saytına Azərbaycan yığmasının boksçusu Pərviz Bağırov deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında 69 kq çəki dərəcəsində çıxış edən idmançımız bu gün 1/4 final mərhələsində almaniyalı Abass Barau üzərində qələbə qazanaraq, yarımfinala adlayıb.

 

Artıq bürünc medalı özü üçün təmin edən Bağırovun yarımfinaldakı rəqibi böyük britaniyalı Coş Kelli olacaq. Boksçumuz ona da qalib gələcəyinə inandığını söyləyib: “Növbəti döyüşüm Böyük Britaniya idmançısı ilə olacaq. Ümid edirəm ki, onu da məğlub edib, finala vəsiqə qazanacam”.

 

Bugünkü döyüşdə qaşından zədə alan Pərviz Bağırov bunun ciddi olmadığını da vurğulayıb. O, yarımfinal döyüşünə 26-da çıxacaq.

0