[b]“Ən böyük xatirə Avropa Oyunlarında iştirak və Azərbaycan haqda təəssüratlardı”[/b]
24.06.2015 - 09:56
[b]“Ən böyük xatirə Avropa Oyunlarında iştirak və Azərbaycan haqda təəssüratlardı”[/b]

“Dünən bir sıra məkanlarda oldum, gözəl yarışlara tamaşa etdim”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

 

Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor öncə dünənki yarışların yekunları barədə məlumat verib: “Dünən 12 yarışı 17 min 716 tamaşaçı izləmişdi. Orta hesabla 84 faiz insan Oyunları izləyib. 8 məkanda keçidlər tamamlanıb. Bu da bəzi yarışların başa çatması ilə əlaqədardı. 3x3 basketbol oyunlarını izlədim, möhtəşəm idi. Olimpiya stadionunda artıq bağlanış mərasiminə hazırlıqlar başlayıb. Dünən 1500 idmançı və rəsmi ölkəni tərk edib. Həmçinin, əlavə 5000 bilet satılıb. Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək ki, 2-də medallar təqdim olunacaq. 22 mindən çox tamaşaçının gəlməsini gözləyirik. Sabah 30 mindən çox tamaşaçı gözləyirik. Çünki sabah cüdo yarışları start götürəcək”.

 

Baş direktor qeyd edib ki, Azərbaycanı tərk edən bütün idmançılara xatirə hədiyyəsi verilib: “Təşkilat Komitəsi bütün iştirakçılara xatirə medalı təqdim etmişdi. Bu medal onlar üçün çox dəyərli hədiyyədi. Lakin onların apardığı ən böyük xatirə ilk Avropa Oyunlarında iştirak və Azərbaycan haqda təəssüratlardı”.

 

 

Kleq medianın Oyunları işıqlandırmasından razı qaldığını söyləyib: “1288 media qeydiyyatdan keçib. Bu da yüksək göstəricidi. Unutmayaq ki, bu, ilkdi. Yəni, hələ ənənə halını almayıb. Mətbuatın dəstəyi Oyunlara marağı daha da artırır. Azərbaycanın gözəl təsvirləri dünyaya bölüşdürülür. Yayım səviyyəsi gözlədiyimizdən də artıqdı”.

 

O bildirib ki, bu gün və sabah Fəvvarələr meydanında tədbir olacaq: “Həmin tədbirdə iki dünya çempionu iştirak edəcək. Bu, Olimpiya stadionundakı yarışlardan fərqlənir. Küçə atletikasıdı, tamaşaçılar lap yaxından izləyə biləcəklər. Bu, çox gözəl təşəbbüsdü. Son iki ildə bir yenilik kimi istifadə olunur. Mən özüm də orda iştirak etməyə çalışacam”.

 

Kleq bəzi xarici mətbuatın qərəzli yanaşmasına da münasibət bildirib: “Bizim əsas işimiz idmandı. İdman yarışlarının keyfiyyətini heç kim sual altında qoya bilməz. Hamı əlindən gələni edir ki, dünya səviyyəli yarış keçirilsin. Avropa Olimpiya Komitəsi həddən artıq məmnundu. Biz yalnız idmana köklənmək istəyirik. Başqaları kənar işlərlə məşğul ola bilərlər”.

0