Bakı-2015: “Avropa Oyunları London Olimpiadasından geri qalmır”
24.06.2015 - 17:23
Bakı-2015: “Avropa Oyunları London Olimpiadasından geri qalmır”

“Bakıda keçirilən Avropa Oyunları London Olimpiadasından heç nədə geri qalmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının atıcısı Antuanetta Boneva deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında tapança ilə 25 metr məsafədən atəş açmaqda gümüş medal qazanan idmançı vətəninə qayıdıb. Boneva Sofiyada yerli mətbuata açıqlamasında Avropa Oyunları haqda fikirlərini bildirib: “Hətta Avropa Oyunları 3 il əvvəlki yarışla müqayisədə daha çox xoşuma gəldi. Bakıda gördüklərimlə bağlı xoş təəssüratları ömür boyu unutmayacağam. Azərbaycan paytaxtını yalnız müsbət hisslərlə tərk etdim”.

 

 

0